Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən təşkil olunan U-13 Qızlar Liqasında 2024/2025-ci il mövsümünə yekun vurulub. Mövsüm boyunca fərqlənən komandalar və oyunçular müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.
My-news.az xəbər verir ki, mövsümün qalibi “Səbail” futbol komandası olub. “Sumqayıt” futbol komandası sıralamada 3-cü yerdə qərarlaşıb.
“Şəfa” futbol komandası isə mövsüm ərzində göstərdiyi əzmkarlıqla çempionatda ikinci yeri tutaraq, gümüş medala layiq görülüb. Qeyd edək ki, «Şəfa» qızlar komandası bu nəticəyə qısa müddətdə-8 ay ərzində nail olub.
Turnirdə fərqlənən komanda üzvləri elan olunub. “Şəfa” komandasının üzvü Ayan Aşurlu mövsüm sonunda “ƏN YAXŞI QAPIÇI” adına layiq görülüb.
Ayan Aşurlu, oyun boyunca göstərdiyi soyuqqanlı və inamlı çıxışı ilə bu ada layiq olduğunu sübut edib.
“Şəfa” Futbol Klubunu təbrik edir, gələcək çıxışlarda uğurlar arzulayırıq!