«Sabah» yarımmüdafiəçi Şakir Seyidovla müqaviləni yeniləməyib.
My-news.az xəbər verir ki, klubdan İdman.biz-ə verilən məlumata görə, futbolçunun mövsümün sonunda başa çatan müqaviləsi uzadılmayıb.
Şakir Seyidov 2018-ci ildən «Sabah»ın heyətində çıxış edib. Bu müddət ərzində o, 59 oyunda iştirak edib və 2 qola imza atıb.