Meta generativ süni zəka texnologiyasına əsaslanan yeni video redaktə alətini istifadəyə verdiyini açıqlayıb.

My-news.az Technote.az-a istinadən xəbər verir ki, funksiya hazırda ABŞ da daxil olmaqla 10-dan çox ölkədə Meta AI tətbiqində, Meta.AI veb saytında və Edits adlı ayrıca tətbiqdə əlçatandır. Alət məhdud müddət ərzində pulsuz təqdim olunur və istifadəçilərə videonun ilk 10 saniyəsini redaktə etməyə imkan verir.

Yeni funksiya çərçivəsində 50-dən çox əvvəlcədən hazırlanmış vizual ssenari təklif olunur. İstifadəçilər bu təkliflər vasitəsilə videonun fonunu, qəhrəmanların geyimini dəyişə və səhnənin üslubunu, məsələn, videooyun, anime və ya səhrada çəkilmiş kimi göstərə bilərlər. Süni zəka hətta istifadəçiyə smokinq kimi müxtəlif geyimlər “geydirə” bilir.

Redaktə prosesi sadədir: istifadəçi videosunu Meta AI tətbiqinə, veb saytına və ya Edits tətbiqinə yükləyir və təkliflərdən birini seçir. Sistem videonu avtomatik olaraq həmin ssenariyə uyğun şəkildə dəyişdirir. Hazır videoları Facebook və Instagram-da paylaşmaq və ya Meta AI platformasının “Discover” bölməsində yerləşdirmək mümkündür.

Hazırda yalnız əvvəlcədən təqdim olunan ssenarilərdən istifadə etmək mümkündür. Lakin Meta bu ilin sonuna qədər istifadəçilərin öz mətn təklifləri əsasında videoları redaktə edə bilməsinə şərait yaradacağını vəd edir.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *