Yenidən “Kəpəz”ə qayıdan baş məşqçi Adil Şükürovun köməkçi heyəti formalaşıb.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, təcrübəli mütəxəssisin əsas köməkçisi daha əvvəl də onunla birgə çalışmış İlyas Qurbanov olacaq.
İkinci köməkçi postunu Zaur Əsədov tutacaq. Komandanın analitiki Elmir Hüseynov, qapıçılarla işləyəcək məşqçi isə Vüqar Məmmədov olacaq.
Adil Şükürovun daha bir köməkçisinin isə əcnəbi mütəxəssis olacağı bildirilir. Bu şəxs fiziki hazırlıq üzrə çalışacaq.
Onun təyinatının yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
