Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi baş tutub.
My-news.az idman.biz-ə istinadən xəbər verir ki, mərasim zamanı Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibi müəyyənləşib. Qurban Qurbanovun yetirmələri I təsnifat mərhələsində qarşılaşacaq “Shelbourne” (İrlandiya) – “Linfield” (Şimali İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
“Qarabağ” II mərhələnin ilk oyununu səfərdə keçirəcək. Cavab qarşılaşması isə bir həftə sonra baş tutacaq.
Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunları 22–23 və 29–30 iyul tarixlərində keçiriləcək.
