İyunun 25-dən 28-dək İtaliyanın Kaorle şəhərində güləş üzrə U-15 Avropa çempionatı keçiriləcək.

My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan 2017-ci ildən təşkil olunan bu yarışda ilk dəfə tam heyətlə – 39 güləşçi ilə iştirak edəcək.

Reqlamentə əsasən, hər ölkə güləşin hər növündə maksimum 13 idmançı ilə təmsil oluna bilər. 2022-ci ildən etibarən Azərbaycan sərbəst və yunan-Roma güləşi üzrə bu çempionatlara tam heyətlə qatılırdısa, bu dəfə ilk dəfə qadın güləşində də tam heyətlə təmsil olunacaq.

Yarışa sərbəst güləşçilər start verəcək. Böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyev və Xəqan Süleymanovun rəhbərliyi altında Sərxan Musayev, Cavanşir Süleymanov (hər ikisi 38 kq), Hüseyn Rzazadə (41 kq), İbrahim Həsənov (44 kq), Tunar Sultanzadə, Əkbər Əsgərov (hər ikisi 48 kq), Yusif Hüseynov (52 kq), Muraz Hüseynov, Elcan Həsənov (hər ikisi 57 kq), Məhəmməd Həsənli (62 kq), Xəyal Şükürlü (68 kq), Elvin Necəfzadə (75 kq) və Elgün Kərimli (85 kq) mübarizə aparacaq.

İyunun 26-da qadın güləşçilər yarışa qoşulacaq. Böyük məşqçilər Həsrət Məmmədyarov və Solmaz Adilovanın rəhbərliyi altında Ülviyyə Musayeva (33 kq), Gülay Xasməmmədova (36 kq), Leyla Əsgərova (39 kq), Gülnar Ağadadaşova, Yağmur Məlikli (hər ikisi 42 kq), Nuray Cəfərli, Məryəm Hacıyeva (hər ikisi 46 kq), Günel Kərimli, Aişə Cabbarova (hər ikisi 50 kq), Məryəm Əmrəli (54 kq), İnci Abdullayeva (58 kq), Rəna Nuriyeva (62 kq) və Simurə Abdullayeva (66 kq) xalçaya çıxacaq.

Qitə birinciliyinə yunan-Roma güləşçiləri yekun vuracaq. Böyük məşqçi Əbilfət Məmmədov, məşqçilər İlham Vezirov və Taleh Məmmədovun rəhbərliyi altında Hüseyn Əmrahlı, Xudayar Kərimli (hər ikisi 38 kq), Rahib Əhmədov (41 kq), Ömər Salmanov (44 kq), Vəkil Bəşirov (48 kq), Qurban Məcnunov, Hüseyn Mustafazadə (hər ikisi 52 kq), İbrahim Məmmədzadə (57 kq), Nadir Həsənov (62 kq), Əli Məmmədov (68 kq), Ruslan Nuruyev (75 kq), Məhəmməd Orucov və Zöhrab Səfərov (hər ikisi 85 kq) medal uğrunda mübarizə aparacaq.

Yarış hər gün Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Çempionatı idarə edəcək hakimlər sırasında III kateqoriyalı Kənan Hacıəliyev və Sevinc Yusibova da yer alacaq.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *