«Barselona» növbəti transferini rəsmən açıqlayıb.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, İspaniya nəhəngi İsveçli futbolçu Runi Bardcini heyətinə qatıb.
20 yaşlı yarımmüdafiəçi Danimarka «Kopenhagen»indən transfer olunub və Kataloniya təmsilçisi ilə 4 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Runi Bardci Danimarka Super Liqasının 2024/2025 mövsümündə 5 matçda meydana çıxıb. O, ölkə kubokunda da 1 oyunda iştirak edib.
