«Sabah» klubu Moldova millisinin və Ukraynanın “Veres” komandasının qapıçısı Andrey Kojuxaranın transferi ilə maraqlanır. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, Bakı təmsilçisi 26 yaşlı qapıçının xidmətlərini əldə etmək istəyir. Kojuxara hazırda Belçikanın “Dender” klubunun transfer siyahısında yer alsa da, onun “Sabah”a üstünlük verəcəyi gözlənilir.
“Veres” klubu qapıçısının transferindən azı 500 min avro gəlir əldə etməyi planlaşdırır. Kojuxara ötən mövsüm Ukrayna Premyer Liqasında 27, Ukrayna kubokunda isə 2 oyun keçirib.
Qeyd edək ki, Andrey Kojuxaranın “Veres”lə müqaviləsi 2027-ci il iyunun 30-na qədər qüvvədədir. O, daha əvvəl Ukraynanın “Çernomorets” və “Karpatı”, Latviyanın “Valmiera”, Slovakiyanın isə “Mixalovçe” klublarında çıxış edib.
