Samsung şirkətinin bu payız Galaxy S25 FE modelini təqdim edəcəyi gözlənilir. İnsayderlər isə bu smartfonu Galaxy S24 FE-dən fərqləndirəcək iki vacib özəlliyi açıqlayıblar.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, birinci yenilik ekran texnologiyası ilə bağlıdır. Belə ki, Galaxy S25 FE modeli kontentin xarakterinə uyğun olaraq təsvir yenilənmə tezliyini dinamik şəkildə tənzimləyə bilən LTPO ekranla təchiz olunacaq. Bu texnologiya xüsusilə Always-on-Display funksiyasından istifadə zamanı batareya enerjisinə qənaət etməyə imkan verəcək.
İkinci əsas yenilik isə batareya ilə əlaqədardır. Məlumata görə, Galaxy S25 FE daha böyük – 4900 mAh tutumlu batareya ilə gələcək. Bununla yanaşı, cihazın sürətli şarj texnologiyası da təkmilləşdiriləcək – əvvəlki 25 vatt güc əvəzinə 45 vatt dəstəklənəcək.
Qeyd edək ki, əvvəlki məlumat sızıntılarına əsasən, Galaxy S25 FE modeli Samsung-un Exynos 2400 prosessoru ilə təchiz olunacaq.
