VAR sisteminin tətbiqi ilə bağlı futbol qaydalarında mümkün dəyişikliklər gündəmdədir.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) video-köməkçi hakim (VAR) sisteminin səlahiyyətlərini genişləndirməyi nəzərdən keçirir.
Belə ki, yeni təklifə əsasən, VAR hakimlərinə ikinci sarı vərəqə epizodlarına və düzgün təyin olunmamış künc zərbələrinə müdaxilə etməyə icazə verilə bilər.
VAR-la bağlı qayda dəyişiklikləri artıq futbolun ali idarəetmə orqanlarında müzakirə edilib. Lakin bu dəyişikliklərin qüvvəyə minməsi üçün gələn ilin martında keçiriləcək illik IFAB iclasında təsdiqlənməsi vacibdir. Yeni qaydalar qəbul olunduğu halda, 1 iyundan – futbol üzrə dünya çempionatından əvvəl qüvvəyə minəcək.
Bundan əlavə, penalti qaydalarında da dəyişiklik nəzərdə tutulur. Təklifə görə, əgər qapıçı penalti zərbəsini dəf edərsə, epizod başa çatmış hesab olunacaq və hücum edən komanda topu təkrar qapıya göndərə bilməyəcək.
