Bu gün Azərbaycan Premyer Liqasının 2025/2026-cı il mövsümünün püşkatma mərasimi keçirilib.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, tədbirdə Peşəkar Futbol Liqasının (PFL) prezident əvəzi Elgiz Abbasov, qurumun media və marketinq direktoru Sənan Abdullayev, həmçinin Yarışların Təşkili və Qeydiyyat Şöbəsinin rəhbəri Elçin Mehdiyev iştirak ediblər.
Mərasim zamanı yeni mövsümün ilk turunun oyun təqvimi də açıqlanıb. 12 klubun iştirak edəcəyi Azərbaycan Premyer Liqasının yeni mövsümünə 15 avqust tarixində start veriləcək.
I tur:
«İmişli» – «Turan Tovuz»
«Neftçi» – «Şamaxı»
«Sabah» – «Qarabağ»
«Sumqayıt» – «Kəpəz»
«Karvan» – «Qəbələ»
«Zirə» – «Araz-Naxçıvan»
