Nüfuzlu insayder və texnoloji analitik Mark Gurman Apple istifadəçilərinin yenilənmiş əməliyyat sistemlərinin ictimai beta test mərhələsində iştirak edə biləcəkləri tarixi açıqlayıb.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, Gurmanın məlumatına görə, 23 iyul tarixindən etibarən istənilən istifadəçi aşağıdakı sistemlərin beta versiyalarını test edə biləcək:
iOS 26
iPadOS 26
macOS 26
tvOS 26
watchOS 26
HomePod Software 26
AirPods Firmware

Eyni zamanda Apple-ın rəsmi saytında VisionOS 26 sisteminin beta test mərhələsinə dair hər hansı məlumat qeyd olunmayıb.
Xatırladaq ki, Apple ekosisteminin bu dəfəki yenilənməsinin əsas xüsusiyyəti Liquid Glass adlı yeni vizual üslubdur. Bu dizayn daha şəffaf və işıqlı elementləri, şüşə parıltısını və işığın sınmasını imitasiya edən animasiyaları özündə birləşdirəcək.
