Zəngəzur dəhlizinin istifadəyə verilməsindən sonra nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən şirkətlərin xərclərinin azalacağı gözlənilir.

My-news.az Report.az-a istinadən xəbır verir ki, bu fikri «Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası» (ABADA) İctimai Birliyinin baş katibi Kənan Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dəhlizin istismara verilməsi yüklərin daha sürətli daşınmasına imkan yaradacaq:
«Məsafənin azalması nəqliyyat xərclərinə birbaşa təsir göstərəcək ki, bu da öz növbəsində daşıma tariflərinin aşağı düşməsinə səbəb olacaq,» – deyə o vurğulayıb.

Baş katib əlavə edib ki, Zəngəzur dəhlizi regionun tranzit imkanlarını genişləndirəcək və ticarət əlaqələrinin inkişafına töhfə verəcək.

«Prezident İlham Əliyevin uzaqgörən qərarları nəticəsində Orta Dəhliz üzrə infrastrukturun inkişafı istiqamətində mühüm addımlar atılıb. Ələtdə yerləşən Bakı Limanı bu baxımdan strateji əhəmiyyətə malikdir. Əgər bu tədbirlər həyata keçirilməsəydi, bu gün Orta Dəhliz bu səviyyədə fəaliyyət göstərə bilməzdi. Azərbaycanda magistral yolların inşası da məhz həmin dəhlizin inkişafı məqsədilə reallaşdırılıb və bu gün bunun nəticələrini görürük», – deyə Kənan Qurbanov qeyd edib.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *