Apple 1800–2000 dollar qiymət aralığında qatlana bilən iPhone istehsal etməyi planlaşdırır.
My-news.az Tengrinews.kz saytına istinadən xəbər verir ki, bu model Apple tarixində ən bahalı cihaz ola bilər. Onun qiyməti hətta 1599 dollardan başlayan MacBook Pronun ilkin qiymətini də ötə bilər.
UBS analitiklərinin fikrincə, yeni məhsulun qiyməti şirkətin hazırkı flaqman modellərindən, məsələn, 1199 dollardan başlayan iPhone 15 Pro Maxdan daha yüksək olacaq.
Beləliklə, Apple şirkəti Samsungun qatlana bilən smartfonlarının qiymət səviyyəsinə çatmağı hədəfləyir. Qeyd edək ki, ABŞ-da Galaxy Z Fold 7 modelinin qiyməti 1999 dollardan başlayır.
Analitik Ming-Chi Kuonun sözlərinə görə, qatlana bilən iPhone-un kütləvi istehsalı 2026-cı ilin ikinci yarısına planlaşdırılıb. Bu da o deməkdir ki, cihazın rəsmi təqdimatı elə həmin il baş tuta bilər.
