Bu gün «Fritz-Valter» stadionunda keçirilən media günündə «Kayzerslautern» klubunun 2025/26 mövsümünə dair yeni komanda şəkli və futbolçuların portretləri çəkilib.

My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, tədbirdə II Bundesliqa təmsilçisinin yeni transferlərindən biri – Azərbaycan millisinin hücumçusu Mahir Emreli də iştirak edib.

Komandanın yeni oyunçularından yalnız biri – İvan Prtayin fotosessiyada yer almayıb. Lakin bu, xoş səbəbdən baş verib: xorvatiyalı forvard həyat yoldaşı ilə birlikdə ilk övladlarının doğumunu gözlədiyi üçün toplanışda iştirak etməyib.

Mahir Emrelidən əlavə, digər yeni transferlər – Fabian Kunze, Maksvell Gyamfi, Semih Şahin və Simon Asta üçün də bu, “Qırmızı şeytanlar”ın forması ilə ilk rəsmi fotosessiya olub.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *