«Abşeron Lions» basketbol klubunun FIBA Avropa Kubokunun ilk təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, rəqib Münhendə keçirilən püşkatma mərasimində bəlli olub. Püşkün nəticəsinə əsasən, Abşeron təmsilçisi Kiprin «Anortosis» klubu ilə qarşılaşacaq.

Qarşılaşmanın qalibi H qrupuna yüksələcək və burada «Kasademont» (Saraqosa, İspaniya), «Falko» (Macarıstan) və «Bakken Bears» (Danimarka) klubları ilə mübarizə aparacaq.

Digər təmsilçimiz «Neftçi» isə birbaşa qrup mərhələsində çıxış edəcək. Azərbaycan Basketbol Liqasının son mövsüm finalçısı I qrupda yer alacaq və bu mərhələdə «Kaleb/Kramo» (Estoniya), «Bursaspor» (Türkiyə) və «Trefl» (Polşa) klublarına qarşı oynayacaq.

Avropa Kubokunun təsnifat mərhələsinin oyunları 24 sentyabr və 1 oktyabr tarixlərində keçiriləcək. Müntəzəm mövsümə dair oyun cədvəli isə daha sonra açıqlanacaq.

Qeyd edək ki, «Abşeron Lions» 2024/2025 mövsümündə Azərbaycan Basketbol Liqasını 4-cü pillədə tamamlayıb.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *