Google şirkəti 2025-ci il avqustun 25-dən etibarən öz qısa keçid xidməti olan goo.gl platformasına dəstəyi rəsmi olaraq dayandıracaq.

My-news.az Technote.az-a istinadən xəbər verir ki, bu tarixdən sonra “https://goo.gl/*” formatında olan keçidlər işləməyəcək və istifadəçiləri 404 səhv səhifəsinə yönləndirəcək.

Xatırladaq ki, goo.gl xidməti artıq 2019-cu ildə yeni qısa URL-lərin yaradılmasını dayandırmışdı. Həmin vaxt Google bu addımı istifadəçi davranışlarındakı dəyişikliklərlə əsaslandırmışdı. Şirkətə görə, insanlar artıq kontent paylaşmaq üçün qısa linklərdən daha az istifadə edir və fərqli axtarış və paylaşım üsullarına üstünlük verirlər.

Bununla belə, 2019-cu ildən bəri əvvəlcədən yaradılmış keçidlər aktiv qalmağa davam etmişdi. Lakin 2024-cü ilin iyul ayında Google öz rəsmi bloqunda xidməti tamamilə dayandıracağını açıqladı. Şirkətin məlumatına görə, son bir ay ərzində goo.gl keçidlərinin 99%-dən çoxu istifadə olunmayıb. Bu səbəbdən, xidmətin ləğvi ilə bağlı qərar verilib.

Son aylarda goo.gl keçidlərinə daxil olan istifadəçilərə, xidmətin yaxın zamanda deaktiv ediləcəyi barədə xəbərdarlıqlar göstərilirdi.

İstifadəçilərə kontentə çıxışda hər hansı problem yaşamamaları üçün alternativ keçid qısaltma xidmətlərinə keçmələri tövsiyə olunur.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *