PSJ və «Real Madrid» klublarının, həmçinin Kosta-Rika millisinin sabiq qapıçısı Keylor Navas karyerasını Meksikanın «UNAM Pumas» klubunda davam etdirəcək.

My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.

«Transfermarkt» portalı xəbər verir ki, 38 yaşlı qapıçı ilə müqavilə 2026-cı il iyunun 30-dək qüvvədə olacaq.

Qeyd edək ki, Navas son olaraq Argentinanın «Newell’s Old Boys» klubunda çıxış edib. O, bundan əvvəl «Albacete», «Levante», «Real Madrid», PSJ və «Nottingham Forest» komandalarının da şərəfini qoruyub. Təcrübəli qapıçı «Real» ilə 12, PSJ ilə isə 10 titul qazanıb.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *