İyulun 30-da “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandası ilə keçirəcəyi oyunla əlaqədar “Bakı Metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək.

My-news.az Report.az-a istinadən xəbər verir ki, oyun günü üç stansiyada gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmanın “Gənclik” stansiyasına yaxın ərazidə keçirilməsi və azarkeş marağının yüksək olması nəzərə alınaraq, sərnişinlərin stadion istiqamətində yönləndirilməsi, istiqaməti düzgün müəyyən etməsi, eləcə də təhlükəsiz və rahat daşınması üçün əlavə tədbirlər görüləcək.

Bu kimi kütləvi tədbirlərlə bağlı “Bakı Metropoliteni”nin əməliyyat planına uyğun olaraq nəzarət mexanizmləri gücləndiriləcək, stansiyada əlavə işçi qüvvəsi ayrılacaq və növbətçilik cədvəli tərtib olunacaq.

Nəzarət tədbirləri həmçinin “Nərimanov” və “28 May” stansiyalarında da həyata keçiriləcək.

Qatarların hərəkəti yay qrafikinə uyğun davam edəcək. Bununla belə, ehtiyat qatarlar xəttə buraxılmağa hazır vəziyyətdə saxlanılacaq.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *