Formula 1-də Avropa mərhələləri davam etdikcə Azərbaycan Qran-Prisini yaxınlaşır.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, Formula 1 üzrə dünya çempionatında Avropa mərhələləri çərçivəsində keçirilən yarışlar davam edir və Azərbaycan Qran-Prisinin başlanmasına az qalır.
Belçikanın Spa şəhərində baş tutan yarışdan sonra çempionat iştirakçıları növbəti mərhələ üçün Macarıstana yollanırlar. Avqustun 1-dən 3-dək “Hungaroring” avtodromunda Formula 1-in növbəti mərhələsi keçiriləcək.
Azərbaycan Qran-Prisi isə sentyabrın 19–21-də Bakıda baş tutacaq. Həmin vaxta qədər çempionatda daha üç yarış keçiriləcək – Macarıstan mərhələsindən sonra pilotlar Niderland və İtaliyada mübarizə aparacaqlar.
Qeyd edək ki, hazırda dünya çempionatının lideri “McLaren” komandasının pilotu Oskar Piastridir. O, ötən il Bakıda keçirilən yarışın qalibi olub.
