İyulun 30-da Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında keçiriləcək “Brandenburq kuboku”na start veriləcək.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, 4 gün davam edəcək beynəlxalq turnirdə Azərbaycan milli komandası 4 idmançı ilə təmsil olunacaq.
Yığmanın baş məşqçisi Elbrus Rzayev və məşqçi Yadigar Məmmədovun rəhbərliyi ilə Frankfurt şəhərində Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq) və Məhəmməd Cəfərov (+90 kq) qüvvəsini sınayacaq.
Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov da komandamızla birlikdə “Brandenburq kuboku”na yollanıb. Turnirdə ölkəmizi hakim qismində Anar Nağdıyev təmsil edəcək.
