Tarif (Qiymət) Şurası “Azəristiliktəchizat” ASC-nin göstərdiyi xidmətin tarifinin tənzimlənməsi ilə bağlı 2024-cü il 29 dekabr tarixli qərarına dəyişiklik edib.

My-news.az Report.az-a istinadən xəbər verir ki, qərar Şuranın sədri Mikayıl Cabbarov tərəfindən imzalanıb.

Dəyişikliyə əsasən, əhali istehlakçı qrupu üçün istilik xidmətinin tarifi 1 Qkal üçün ƏDV daxil olmaqla 14,6 manatdan 21 manata qaldırılıb. Sayğac quraşdırılmadığı hallarda isə istilik haqqı aylıq olaraq hər kvadrat metr üçün ƏDV daxil olmaqla 0,3 manatdan 0,45 manata yüksəldilib.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *