Bir neçə il əvvəl Tesla nümayəndələri dəfələrlə bildirmişdilər ki, hazırkı Cybertruck-dan ölçücə kiçik olan elektrikli pikapın istehsalını mümkün hesab edirlər.

My-news.az Technote.az-a istinadən xəbər verir ki, şirkətin inkişaf üzrə rəhbəri son zamanlar belə elektromobillərin yükdaşıma sahəsində, xüsusilə kommersiya seqmentində istifadə oluna biləcəyini açıqlayıb.

Məlumata görə, bu dəfəki bəyanat Tesla-nın nəqliyyat vasitələrinin inkişafı üzrə vitse-prezidenti Lars Moravy tərəfindən verilib. O bildirib:
“Biz həmişə daha kompakt pikap hazırlamaqdan danışmışıq. Düşünürəm ki, gələcəkdə – dünya daha çox robotaksilərlə dolduqca – biz bu variantı nəzərdən keçirəcəyik. Biz inanırıq ki, bu cür xidmətlər təkcə insanlar üçün deyil, həm də yükdaşıma üçün faydalı ola bilər. Dizayn studiyamızda, həqiqətən də, gələcəkdə bu ehtiyaca cavab verə biləcək həllərimizi müzakirə edirik”.

Bununla belə, Tesla-nın vitse-prezidentinin fikirlərindən açıq şəkildə aydın olmur ki, şirkət bu kompakt pikapı istehlak bazarı üçün təqdim edəcək, yoxsa sadəcə biznes sektoru üçün nəzərdə tutulan yükdaşıma robotaksisi ideyasını dəyərləndirir.

Qeyd edək ki, indiyədək hesab olunurdu: daha kiçik pikap Tesla-nın Şimali Amerikadan kənar bazarlara çıxışı baxımından mühüm əhəmiyyət daşıya bilər. Çünki Cybertruck ilkin versiyasında təkcə iri və həcmsiz deyil, həm də yol-nəqliyyat hadisələri zamanı ətrafdakılar üçün təhlükəsizlik baxımından risklidir. Bundan əlavə, qeyri-adi dizayna malik olan bu elektromobil hazırkı mərhələdə ildə 20 000-dən çox satılmır. Bu isə planlaşdırılan satış göstəricisindən azı 10 dəfə aşağıdır.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *