iPhone 17 seriyası ilə bağlı sızıntılar demək olar ki, hər gün yayılır.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, tanınmış insayder Sonny Dickson yeni seriyaya daxil olan bütün modellərin maketlərinin ətraflı fotolarını təqdim edib. O, X sosial şəbəkəsində iPhone 17, iPhone 17 Air, iPhone 17 Pro və iPhone 17 Pro Max modellərinin satışa çıxarılacaq bütün rənglərdə görüntülərini paylaşıb.
Məlumata əsasən, əsas model və ultranazik iPhone 17 Air daha sakit və zərif rəng tonlarında təqdim olunacaq. Ən güclü modellər — iPhone 17 Pro və Pro Max isə daha parlaq rəng çalarlarında, o cümlədən tamamilə yeni narıncı rəngdə satışa çıxarılacaq.
iPhone 17:

iPhone 17 Air:

iPhone 17 Pro:

iPhone 17 Pro Max:

