Azərbaycan Premyer Liqasında son dörd mövsümün azarkeş sayı açıqlanıb.

My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, PFL-in hesabatında bu müddət ərzində oyunları stadionlardan ümumilikdə 902 994 tamaşaçının izlədiyi qeyd edilib.

2021/2022 mövsümünün 112 oyununda 89 010 azarkeş arenalara gəlib. Növbəti mövsümdə bu rəqəm 261 564-ə çatıb. 2023/2024 mövsümündə 276 487, 2024/2025 mövsümündə isə 275 933 tamaşaçı stadiona gəlib.

Qeyd edək ki, son üç mövsümdə 180 oyun baş tutub.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *