Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, ilk oyun günündə 4 matç keçiriləcək.
Mərhələyə İsveçdə start veriləcək. Azərbaycan çempionu “Qarabağ” da bu gün ilk qarşılaşmasına çıxacaq.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
5 avqust
21:00 — “Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka)
22:00 — “Dinamo” (Kiyev, Ukrayna) – “Pafos” (Kipr)
22:00 — “Şkendiya” (Şimali Makedoniya) – “Qarabağ” (Azərbaycan)
22:45 — “Reyncers” (Şotlandiya) – “Plzen” (Çexiya)
Qeyd edək ki, mərhələnin digər görüşləri sabah baş tutacaq.
