Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Superkuboku çərçivəsində keçirilən PSJ (Fransa) – “Tottenhem” (İngiltərə) qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirib.

My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, AFFA-nın məlumatına əsasən, oyunu portuqaliyalı Joao Pedro Silva Pineiro idarə edib.

İtaliyanın Udine şəhərində yerləşən “Friuli” stadionunda baş tutan qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında üstün olan PSJ Superkubokun sahibi olub.

Elçin Məsiyev bu təyinatla UEFA Superkuboku matçında iştirak edən ilk azərbaycanlı hakim kimi futbol tariximizə düşüb.

Görüşdən sonra o, UEFA tərəfindən xüsusi mükafatla təltif olunub.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *