Avstraliyada 2032-ci il Yay Olimpiya Oyunlarına hazırlıq tədbirlərinə start verilib.
My-news.az Report.az-a istinadən xəbər verir ki, Brisben şəhərində yerli sakinləri, Olimpiya Oyunlarının Təşkilat Komitəsinin üzvlərini və idmançıları bir araya gətirən müxtəlif bayram tədbirləri təşkil olunub.
Tədbirlər çərçivəsində ekoloji kampaniyaya da start verilib. Bu kampaniya zamanı yerli əhali sentyabrın 5-dək 2032 ədəd ting əkəcək.
Qeyd edək ki, 2032-ci il Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək Brisben şəhərində keçiriləcək.
