Azərbaycanda yeni futbol klubu yaradılıb – “Zəngəzur” Region Liqasında çıxış edəcək.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycanda daha bir futbol klubu fəaliyyətə başlayıb. “Zəngəzur” adlı yeni komanda qarşıdan gələn mövsümdən etibarən Region Liqasında mübarizə aparacaq.
Klubun təsisçisi və prezidenti Şahin Məmmədovdur. “Zəngəzur” komandası Region Liqasının Bakı və Şimal zonasında yarışacaq. Komandanın ev oyunları isə Bakıda keçiriləcək.
Yeni klubun əsas məqsədi Region Liqasında uğurla çıxış edərək çempion olmaq və II Liqaya vəsiqə qazanmaqdır.
Komandanın illik büdcəsinin 100 min manatdan çox olduğu bildirilir. Məlumata görə, “Zəngəzur” klubuna Qərbi Azərbaycan İcması tərəfindən də dəstək göstəriləcək.
