U-21 millimizin Portuqaliya ilə oyununun vaxtı və məkanı müəyyənləşib.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Portuqaliya yığması ilə keçirəcəyi səfər oyununun yeri və başlama saatı bəlli olub.
B qrupunun I turu çərçivəsində baş tutacaq qarşılaşma sentyabrın 5-də Portuqaliyanın Barseluş şəhərində yerləşən stadionda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Qeyd edək ki, U-21 yığmamız seçmə mərhələnin ikinci turunda sentyabrın 9-da “Dalğa Arena”da Bolqarıstan millisi ilə qarşılaşacaq.
