Azərbaycan cüdoçuları Macarıstanın Dyor şəhərində keçirilən Avropa Cüdo Ümidləri turnirində 1 qızıl və 3 bürünc medal qazanıblar.
My-news.az Report.az-a istinadən xəbər verir ki , Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan yarışda U-15 yaş kateqoriyasında Aqşin Bayramov (60 kq) qızıl medal, Səttar Qədirov (42 kq) və Fərhad Quliyev (60 kq) isə bürünc medal əldə ediblər. U-13 yaş kateqoriyasında isə Fəxrim Məhərrəmov (42 kq) bürünc medal qazanıb.
Beynəlxalq turnirdə ümumilikdə 19 ölkədən 273 cüdoçu iştirak edib.



