Süni intellekt texnologiyaları artıq bir sıra sahələrdə geniş tətbiq olunur, müxtəlif tapşırıqların yerinə yetirilməsini asanlaşdırır, imkanları artırır və istifadəsi daim genişlənir. Xüsusilə, Böyük Britaniya hakimiyyəti bu texnologiyanın hüquq-mühafizə sahəsində tətbiqi ilə bağlı yeni bir layihə üzərində çalışır.

My-news.az Technote.az-a istinadən xəbər verir ki, məlumata görə, “Safe Streets” (“Təhlükəsiz Küçələr”) adlı hökumət proqramı çərçivəsində cinayətlərin başvermə ehtimalının yüksək olduğu əraziləri öncədən proqnozlaşdıran süni intellekt əsaslı sistemin yaradılması planlaşdırılır. Yeni texnologiya hüquq-mühafizə orqanlarına bu proqnozlar əsasında qabaqlayıcı tədbirlər görməyə imkan verəcək.

Sistemə hüquq pozucularının davranış xüsusiyyətləri, eləcə də polis, sosial xidmətlər və digər dövlət qurumlarından əldə edilən məlumatlar daxil ediləcək və təhlil olunacaq. Bu məlumatlar əsasında süni intellekt mümkün riskləri müəyyənləşdirərək proqnozlar təqdim edəcək.

Layihənin ilk mərhələsində real vaxt rejimində cinayətlərin baş verə biləcəyi əraziləri göstərən cinayətkarlıq xəritəsinin hazırlanması nəzərdə tutulur. Proqramın 2030-cu ilə qədər tam şəkildə reallaşdırılması planlaşdırılır.

Böyük Britaniya hökuməti hesab edir ki, bu texnologiyanın tətbiqi hüquq-mühafizə orqanlarının fəaliyyətini daha səmərəli edəcək və cinayətkarlıq səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq. Bununla belə, bəzi mütəxəssislər xəbərdarlıq edirlər ki, bu texnologiyadan istifadə zamanı maksimum ehtiyatlı olmaq, habelə müəyyən fərdlərə və ya icmalara qarşı ayrı-seçkilik və sui-istifadə hallarının qarşısını almaq vacibdir.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *