«Roma»nın sabiq futbolçusu Deyan Boldor Misli Premyer Liqasında çıxış edə bilər

My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, rumıniyalı müdafiəçi Deyan Boldor «Sumqayıt» klubunun transfer siyahısına daxil edilib.

«Kimyaçılar» hazırda 30 yaşlı mərkəz müdafiəçisi ilə danışıqları davam etdirirlər. Hazırda Macarıstanın «Györ» klubunda çıxış edən futbolçunun müqaviləsi 2026-cı il iyunun 30-na qədər qüvvədədir. Buna baxmayaraq, onun «Sumqayıt»a keçidi artıq an məsələsi hesab olunur.

Rumıniyanın U-21 yığmasının sabiq üzvü olan Boldor karyerası ərzində “Roma”, “Peskara”, “Bolonya”, “Verona”, “Monreal İmpakt”, “Partizani”, “Foggia” və “Argeş Piteşti” kimi klubların formasını geyinib.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *