Macarıstanda yaşayan azərbaycanlılar «Qarabağ»ın «Ferentsvaroş»a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununa böyük maraq göstərirlər.
My-news.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, Macarıstandakı Azərbaycan Evinin nümayəndələri dünən «Qarabağ» komandasının açıq məşqini izləyiblər:
«Onlar bildirdilər ki, bu gün keçiriləcək oyunda iştirak edəcəklər. Komandamız üçün ayrılmış sektora təxminən 400 bilet satılıb. Günün sonuna qədər bu rəqəmin artacağı gözlənilir».
Qeyd edək ki, bu gün keçiriləcək «Ferentsvaroş» – «Qarabağ» oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında cavab görüşü isə avqustun 27-də, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Qarşılaşmanın qalibi UEFA Çempionlar Liqasının, məğlub olan isə UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edəcək.
