2026-cı ildə Apple iPhone modelləri xəttində gözlənilməz dəyişikliklərə imza ata bilər.

My-news.az Technote.az-a istinadən xəbər verir ki, məlumata görə, şirkət baza modelindən imtina etməyi planlaşdırır. Belə ki, iPhone 18-in təqdimatı ilə Apple artıq klassik baza modelini istehsal etməyəcək və onu əvvəlcə iPhone 17e, daha sonra isə iPhone 18e ilə əvəz edəcək.

Bu dəyişikliklə Apple cihaz çeşidlərinin sayının həddindən artıq artmasının qarşısını almaq istəyir. Çünki həmin vaxta qədər şirkətin iki yeni smartfon modeli – qatlana bilən iPhone və ultra nazik iPhone Air – təqdim edəcəyi gözlənilir.

Yeni model strategiyası çərçivəsində iPhone Pro və Pro Max seriyalarının istehsalı davam edəcək. iPhone Air modeli isə iPhone Plus-un yerini tutacaq. Əsas flaqman model isə qatlana bilən iPhone olacaq.

Qeyd olunur ki, məhz şərti adı ilə iPhone Fold adlandırılan bu modelin təqdimatı səbəbilə Apple öz cihaz buraxılış konsepsiyasını köklü şəkildə dəyişə bilər. Gələcəkdə satışa əvvəlcə bahalı premium modellərin çıxarılması, təxminən yarım il sonra isə daha əlçatan modellərin bazara təqdim olunması nəzərdə tutulur.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *