Futbol üzrə Azərbaycan I Liqasında 2025–2026-cı il mövsümünün püşkatma mərasimi baş tutub.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
Püşkatmanın nəticələrinə əsasən, ilk turda üz-üzə gələcək komandalar müəyyənləşib.
I turun oyunları aşağıdakı kimidir:
«Zaqatala» – «Cəbrayıl»
«Şəfa» – «Şimal»
MOİK – «Şahdağ Qusar»
«Baku Sportinq» – «Difai»
«Səbail» – «Mingəçevir»
Qeyd edək ki, çempionata 11 sentyabr tarixində start veriləcək. Turnir 10 komandanın iştirakı ilə 3 dövrəli sistem üzrə keçiriləcək.
