Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, mundialda bu gün daha iki qadın güləşçimiz medal uğrunda mübarizə aparır.
Onlardan biri 3-cü yer uğrunda qüvvəsini sınayacaq, digəri isə finala vəsiqə qazanmaq üçün xalçaya çıxacaq.
U-20 dünya çempionatı
Qadın güləşi
5️9️ kq
Günay Qurbanova bürünc medal uğrunda kanadalı Ella Findinqlə üz-üzə gələcək.
6️2️ kq
Ruzanna Məmmədova qazaxıstanlı Aydana Şorayevaya tam üstünlüklə (11:0), özbəkistanlı Nigina Sabirovaya isə 3:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Ruzanna finala gedən yolda türkiyəli Büşra Efe ilə güləşəcək.
Yarımfinallar Bakı vaxtı ilə saat 18:00-da, medallar uğrunda qarşılaşmalar isə 19:00-da başlayacaq.
