İlon Maskın süni intellekt əsaslı çat-botu «Grok» yüz minlərlə yazışmanı internetə sızdırıb.

My-news.az Report.az-a istinadən xəbər verir ki, süni intellektlə aparılmış 370 mindən çox söhbətin məzmunu ictimaiyyətə açıq şəkildə internetə yayımlanıb.

«Forbes» nəşrinin yazdığına görə, «Grok» istifadəçiləri çat-botla danışarkən “Paylaş” düyməsinə basdıqda, söhbətə aid unikal bir keçid (link) yaradılır. Araşdırmalar nəticəsində məlum olub ki, bu keçidlər axtarış sistemləri tərəfindən indeksləşdirilir və xəbərdarlıq edilmədən axtarış nəticələrində görünə bilir.

Nəşr qeyd edir ki, bu söhbətlərdə istifadəçilər adlarını, şəxsi məlumatlarını, hətta bəzi hallarda parollarını bölüşüblər. Onlar həmçinin tibbi və psixoloji xarakterli suallar veriblər. Sızan məlumatlar arasında qadağan olunmuş maddələrin hazırlanması, partlayıcıların və ya zərərli proqram təminatının yaradılması ilə bağlı qeyri-qanuni sorğular da yer alır.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *