Noa Okafor karyerasını İngiltərədə davam etdirəcək.

My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, “Milan” və “Lids” klubları futbolçunun transferi ilə bağlı razılığa gəliblər.

İngiltərə təmsilçisi bu keçid üçün 21 milyon avro və əlavə bonuslar ödəyəcək. Nigeriya əsilli futbolçunun sabah tibbi müayinədən keçəcəyi və daha sonra “Lids”lə rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Noa Okafor ötən mövsümün ikinci yarısını icarə əsasında “Napoli”də keçirib. O, A Seriyada ümumilikdə 15 oyuna çıxaraq 1 qolla yadda qalıb.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *