«Bentley» avtomobillərini süni intellektə əsaslanan adaptiv stəkan altlıqları ilə təchiz edəcəkək.

My-news.az Avtosfer.az-a istinadən xəbər verir ki, bu barədə CarBuzz nəşri məlumat yayıb.

Məlumata görə, Britaniya brendi artıq yeni texnologiyasını patentləşdirib. Şirkət bildirir ki, hazırda avtomobillərdəki stəkan altlıqlarının əksəriyyəti standart ölçülüdür, bu isə müxtəlif ölçülü içki qablarının yerləşdirilməsində problemlər yaradır.

Yeni texnologiya stəkan altlığının dərinliyini içki qabının ölçüsünə uyğun olaraq tənzimləməyə imkan verir. Bundan əlavə, altlığın qapağı elektriklə idarə olunacaq və içki qabının aşmasının qarşısını almaq məqsədilə avtomatik bağlana biləcək.

Patent sənədində həmçinin altlığın istilik və soyutma funksiyalarına malik olacağı da qeyd olunub.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *