Malayziya «Formula 1» üzrə dünya çempionatının mərhələsinə ev sahibliyi etməyi planlaşdırmır.
My-news.az Report.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Gənclər və İdman naziri Hanna Yeo «New Straits Times»a açıqlamasında məlumat verib.
Nazir yarışın yüksək maliyyə xərcləri, infrastrukturun yenilənməsi zərurəti və sıx yarış təqvimi səbəbindən belə bir qərarın verildiyini bildirib.
Hanna Yeo əlavə edib ki, bu yarışa ayrılacaq vəsait digər idman növlərinin inkişafına sərf olunur.
Qeyd edək ki, Malayziya Qran-prisi 1999–2017-ci illər ərzində keçirilmiş və «Formula 1» üzrə Asiyadakı ən qədim mərhələlərdən biri hesab olunurdu.
