“İnter Mayami”nin hücumçusu Luis Suares futbolçu karyerasını başa vurmaq planlarından danışıb.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, uruqvaylı ulduz forvard karyerasını dostu və komanda yoldaşı Lionel Messi ilə birlikdə bitirmək arzusundadır.
Suares bildirib ki, bu məsələni uzun illərdir Messi ilə birlikdə müzakirə edirlər:
«Bu, uzun müddətdir düşündüyümüz bir məsələdir. Bizim belə bir şansımız ola bilər. Hər şey müqavilələrimizin müddətindən və şəxsi planlarımızdan asılıdır. Lazımi anda hər birimiz düzgün qərar verəcəyik”.
Qeyd edək ki, daha əvvəl Luis Suaresin 2025-ci ilin sonunda “İnter Mayami”dən ayrılacağı bildirilmişdi.
