«Los-Anceles-2028» Yay Olimpiya Oyunlarında basketbol yarışları açılış mərasimindən iki gün əvvəl – iyulun 12-də başlayacaq.

My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə məlumat FIBA-ya istinadən yayılıb. Həmin tarixdə kişi və ya qadın basketbol turnirinin, yaxud hər ikisinin başlayacağı hələ dəqiqləşməyib.

İlkin təqvimə əsasən, iyulun 12 və 13-də üç qarşılaşma nəzərdə tutulub. Bu dəyişiklik sayəsində 1/4 final mərhələsinin oyunları iki gün ərzində keçirilə biləcək.

Bürünc medal uğrunda oyunların iyulun 28-i və 29-da, qızıl medal qarşılaşmalarının isə iyulun 29-u və 30-da baş tutacağı planlaşdırılır.

Qeyd edək ki, «Los-Anceles-2028» Yay Olimpiya Oyunları iyulun 30-da başa çatacaq.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *