Bu gün, 21 avqust tarixində bəzi internet telekommunikasiya operatorları və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub.

My-news.az Report.az-a istinadən bildirir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib ki, ləngiməyə səbəb ölkəyə internet trafiki təqdim edən əsas «backbone» operatorlardan biri olan «Delta Telekom»a qarşı həyata keçirilən DDoS tipli genişmiqyaslı kiberhücum olub.

Nazirlikdən verilən məlumata görə, internet xidmətlərinin davamlılığını təmin etmək məqsədilə provayderlər dərhal alternativ «backbone» operatorlarının şəbəkəsinə yönləndirilib və qısa müddət ərzində istifadəçilərin internetə çıxışı bərpa edilib.

Görülən operativ tədbirlər nəticəsində «Delta Telekom»a qarşı hücumun qarşısı alınıb və şirkətin xidmətləri tam şəkildə bərpa olunub.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *