Bu gün Misli Premyer Liqasında II tura start veriləcək.

My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, bu gün Misli Premyer Liqasının II turunun ilk oyunları keçiriləcək.

Turun açılış matçında “İmişli” klubu doğma meydanda “Neftçi”ni qəbul edəcək. Şamaxı şəhər stadionunda baş tutacaq qarşılaşmada hər iki komanda mövsümdə ilk qələbəsini qazanmağa çalışacaq.

Günün ikinci görüşündə isə son Azərbaycan çempionu “Qarabağ” mövsümdə ilk oyununa çıxacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda “Azersun Arena”da “Sumqayıt”la qarşılaşacaq.

Azərbaycan Premyer Liqası
II tur
22 avqust


17:00 – “İmişli” – “Neftçi”
Stadion: Şamaxı şəhər stadionu
Baş hakim: Rauf Cabarov

19:30 – “Qarabağ” – “Sumqayıt”
Stadion: “Azersun Arena”
Baş hakim: Cavid Cəlilov

Qeyd edək ki, II turun digər oyunları 23–25 avqust tarixlərində keçiriləcək.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *