ABŞ təmsilçisi “İnter Mayami”nin hücumçusu Lionel Messinin MLS-də vurduğu qol həftənin ən yaxşısı elan olunub.
My-news.az Report.az-a istinadən xəbər verir ki, bu barədə MLS-in mətbuat xidməti rəsmi açıqlama yayıb.
Argentinalı futbolçunun “Los-Anceles Qalaksi”yə qarşı keçirdiyi oyunda vurduğu qol azarkeşlər arasında keçirilən səsvermədə 80 faiz səslə birinci yeri tutub.
“Sinsinati”nin yarımmüdafiəçisi Evanderin vurduğu qol 13,8 faiz səslə ikinci, “Los-Anceles”in futbolçusu Mark Delqadonun dəqiq zərbəsi isə 3,8 faizlə üçüncü yerə layiq görülüb.
