REDMI brendi büdcəli REDMI Note 15 və orta büdcəli REDMI Note 15 Pro-dan əlavə olaraq, orta seqmentə aid REDMI Note 15 Pro+ smartfonunu da təqdim edib.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, yeni model böyük ölçülü ekranı, Snapdragon prosessoru və yüksək tutumlu batareyası ilə fərqlənir. REDMI Note 15 Pro+ dizayn baxımından REDMI Note 15 Pro-ya bənzəyir və bəzi texniki göstəricilər üzrə onunla oxşarlıq təşkil edir. Beləliklə, REDMI Note 15 Pro+ smartfonu 120 Hz yenilənmə tezliyinə sahib, 2772×1280 piksel təsvir ölçülü, 6.83 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3200 nit təşkil edir.
Barmaq izi skaneri birbaşa ekrana inteqrasiya olunub. Ekran Xiaomi-nin Dragon Crystal Glass adlı qoruyucu şüşəsi ilə əhatə edilib. Cihazın korpusu IP66/68/69/69K standartlarına uyğun olaraq suya və toza qarşı davamlılıq xüsusiyyətinə malikdir. Smartfon Snapdragon 7s Gen 4 prosessoru ilə təchiz olunub və 12/16 GB RAM ilə yanaşı 512 GB daxili yaddaş həcmi təklif edir. Kamera baxımından REDMI Note 15 Pro+ modeli 50 MP + 8 MP + 50 MP arxa kamera quruluşuna və 32 MP ön kameraya malikdir. Batareya tutumu 7000 mAh təşkil edir və 90 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. REDMI Note 15 Pro+ artıq Çində satışa çıxıb və qiyməti 292 ABŞ dollarından başlayır.
