«Neftçi»nin maraqlandığı daha bir futbolçunun adı məlum olub.

My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, “ağ-qaralar” hazırda azad agent statusunda olan 30 yaşlı boliviyalı yarımmüdafiəçi Boris Çespedeslə danışıqlara başlamaq niyyətindədir.

Paytaxt klubu Çespedesə bu ilin yanvar ayında da maraq göstərib. Lakin həmin vaxt futbolçunun İsveçrənin “İverdon” klubu ilə müqaviləsi mövcud olub.

Qeyd edək ki, Boliviya millisində 19 oyun keçirən Boris Çespedeslə yanaşı, “Neftçi” daha iki futbolçunu heyətinə cəlb etməklə transfer pəncərəsini bağlamağı planlaşdırır.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *