«Forbes» jurnalı son bir ildə ən çox qazanan tennisçilərin siyahısını açıqlayıb.

My-news.az Report.az-a istinadən xəbər verir ki, siyahıya ardıcıl ikinci il “Böyük Dəbilqə” turnirlərinin beşqat qalibi və dünyanın 2 nömrəli tennisçisi, ispaniyalı Karlos Alkaras başçılıq edir.

Nəşrin məlumatına görə, 21 yaşlı tennisçi ötən il ərzində ümumilikdə 48,3 milyon dollar qazanıb. Bu məbləğin 35 milyon dolları kortdan kənardakı sponsorluq və kommersiya gəlirlərinin payına düşür.

Son bir ildə ən çox qazanan 10 tennisçi aşağıdakılardır:
Karlos Alkaras (İspaniya) – 48,3 milyon dollar (kortdan kənarda: 35 milyon)
Yannik Sinner (İtaliya) – 47,3 milyon dollar (27 milyon)
Kori Qauff (ABŞ) – 37,2 milyon dollar (25 milyon)
Novak Cokoviç (Serbiya) – 29,6 milyon dollar (25 milyon)
Arina Sobolenko (Belarus) – 27,4 milyon dollar (15 milyon)
Çjen Sinven (Çin) – 26,1 milyon dollar (21 milyon)
İqa Şvyontek (Polşa) – 24 milyon dollar (15 milyon)
Teylor Frits (ABŞ) – 15,6 milyon dollar (7 milyon)
Frensis Tiafo (ABŞ) – 15,2 milyon dollar (12 milyon)
Daniil Medvedev (Rusiya) – 14,3 milyon dollar (10 milyon)

    От MyNews

    Добавить комментарий

    Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *