Misli Premyer Liqasında II tura bu gün yekun vurulacaq.
My-news.az Report.az-a istinadən xəbər verir ki, turun sonuncu oyununda «Qəbələ» «Zirə»ni qəbul edəcək.
Qarşılaşma Qəbələ şəhər stadionunda saat 19:00-da start götürəcək. Matçın baş hakimi İnqilab Məmmədov olacaq.
Paytaxt təmsilçisi ilk turda «Araz-Naxçıvan»la, «qırmızı-qaralar» isə «Karvan-Yevlax»la 1:1 hesablı heç-heçə edib.
Misli Premyer Liqası
1-ci dövrə, II tur
25 avqust
19:00. “Qəbələ” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu
Qeyd edək ki, II turun əvvəlki oyunlarında “Neftçi” “İmişli” ilə qolsuz bərabərə qalıb. “Sumqayıt” “Qarabağ”ı (1:0), “Karvan-Yevlax” “Kəpəz”i (3:2), «Sabah» «Şamaxı»nı, «Araz-Naxçıvan» isə «Turan Tovuz»u (hər ikisi 2:1) məğlub edib.
